XƏBƏRLƏR
08 Noyabr, 2019
Muzeydə Azərbaycan Respublikasının Dövlət Bayrağı günü qeyd edilib
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikası Dövlət Bayraq gününə həsr olunmuş “Bayraq mənliyimdir, bayraq kimliyim” adlı tədbir keçirilib. Tədbir Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşları- Zümrüd İsmayılova və Qənirə Qafarlı tərəfindən təşkil olunub.Tədbirdə Bakı şəhəri Nəsimi rayonu general-leytenant K.A.Kərimov adına 8 saylı tam orta məktəbin, Səbail rayonu 6 saylı tam orta məktəbin, Səbail rayonu 7 saylı tam orta məktəbin, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının müəllim və şagird heyəti, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, Milli Aviasiya Akademiyasının müəllim heyəti və tələbələri, muzey əməkdaşları, tarixçilər, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.
Sonra muzeyin elmi katibi, t.ü.f.d, dosent Fərhad Cabbarov çıxış edib. O bildirib ki, bu gün Azərbaycan tarixi üçün önəmli və əlamətdar günlərdən biri – Dövlət bayrağı günüdür.
Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci ildə bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.
Sonra Bakı Dövlət Universitetinin dosenti, t.ü.f.d. Arzu Xəlilzadə və Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunun müdiri, t.ü.f.d. dosent Sevinc Vahabova və b. çıxış ediblər. Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub.
Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
Çıxışlardan sonra məktəblilərin iştirakı ilə bədii hissə keçirilib. Şagirdlər Dövlət Bayraq gününə həsr olunmuş musiqi nömrələri və rəqsləri ilə çıxış ediblər.
Tədbirin sonunda Bakı şəhəri Nəsimi rayonu general-leytenant K.A.Kərimov adına 8 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə FLASHMOB keçirilib.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...