XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Noyabr, 2019
Muzey əməkdaşı təqdimat mərasimində çıxış edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Sahibə Ələkbərova, “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun bir qrup üzvləri ilə birlikdə film təqdimatında iştirak edib. Beynəlxalq Mətbuat Mərkəzində “Xocavənd rayonunun memarlıq abidələri” adlı filmin təqdimat mərasimi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilib. “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyi tərəfindən təşkil olunub. Sahibə xanım tədbirdə çıxış edərək, belə filmlərin çəkilməsinin və nümayiş etdirilməsinin indiki nəsil və gələcək nəsillər üçün əyani vəsait olaraq böyük əhəmiyyətini qeyd edib. İşğal edilmiş ərazilər haqqında yazılmış kitablar və çəkilmiş filmlərin tədqiqatçılar üçün qiymətli bir mənbə və çox önəmli olduğunu xüsusi vurğulayıb. Beynəlxalq arenada Qarabağ icmasının dəstəklənməsinin Azərbaycanın milli və dövlətçilik maraqları baxımından əhəmiyyətindən, Ermənistanın hərbi təcavüzü və onun nəticələri barədə Azərbaycan həqiqətlərinin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasından bəhs edib. Eyni zamanda filmin təqdimatının Milli Azərbaycan Tarixi Muzeyində keçrilməsini filmin senari müəllifi və “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri olan Faiq İsmayılova təklif edib və təklif qəbul edilib.