XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Noyabr, 2019
Muzeyin neqativ incisi – Duxoborlar təriqəti
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda rusiyalı fotoqraf D. Yermakovun (1845-1916) kolleksiyasına aid, Duxoborlar təriqətinin üzvlərinin əks olunduğu neqativ (İnv. № 3315) saxlanılır. 1937-ci ildə muzeyə təhvil verilmişdir. Təriqətin əsası XVIII əsrdə S.Kolesnikov və L.Pobiroin adlı kəndlilər tərəfindən qoyulmuşdur. Duxoborlar özlərini "müqəddəs ruh uğrunda mübarizlər" adlandırırlar. Təriqət mütləqiyyətə və kilsəyə müxalifət şəklində yaranmışdır. İsa Məsih təriqət ardıcılları üçün ilahi qüvvənin təcəssümü olan adi adam idi. Təriqəq başçıları "canlı tanrılar" hesab edilirdilər. Duxoborlarda ədalətli cəmiyyət haqqında utopik ideyalar da güclü idi. XIX əsrin sonlarında duxoborlar içərisində sinfi parçalanma güclənmişdi. Sovet hakimiyyəti şəraitində onlar təqib olunmuş, çoxları xaricə köçmüşlər. Onlar bərabərlik əsasında kommunalar yaratmağa təşəbbüs göstərmişdilər. Bu təriqətin ardıcılları Bibliyaya deyil, özlərinin "Dirilik kitabı"na ("Həyat kitabı"na) və onun rəvayətlərinə inanırdılar. Vaxtilə onlar çarizmin güclü təqibinə rast gəlib Rusiyadan qaçmışdılar. İndi çox az duxobor icmaları vardır.