XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Noyabr, 2019
Muzey əməkdaşı konfransda iştirak edib
Milli Azərbaycan Tarixi Muzeyinin baş mütəxəssisi Pərvanə Əzimova Sabunçu Gənclər evində “Azərbaycan gənci hər zaman vətənpərvər olub” mövzusunda keçirilən elmi, nəzəri, praktik konfransda çıxış edib. P.Əzimova qeyd edib ki, bu konfransın keçirilməsi gənclərin maariflənməsi və vətənpərvərlik ruhunun artmasına kömək edir. Həmçinin Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verir. Muzey əməkdaşı Dövlət Bayrağının təbliğinin də gənclərin milli-mənəvi ruhda yetişməsində mühüm rolundan danışıb, bu istiqamətdə muzeydə keçirilən tədbirləri nümunə verib. Konfrans “Gənc Vətənpərvərlər” İctimai Birliyi tərəfindən keçirilib. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər vətənpərvərliyin ruhunda” adlı layihə çərçivəsində icra edilib. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.