XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 Noyabr, 2019
Muzeydə Ziya Bünyadovun materialları qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda görkəmli şərqşünas Ziya Bünyadovun çoxşahəli fəaliyyətini, elmi yaradıcılığını ehtiva edən kolleksiya (inv. №615) qorunur. Buraya 1970-1990-ci illərə aid dörd fotoşəkil və elmi fəaliyyəti ilə baglı bir yazısı daxildir. Şəkillərdə Ziya Bünyadovu uzun illər çalışdığı və rəhbərlik etdiyi AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə, institutun Elmi Şurasının üzvləri ilə birlikdə görürük. Elmi Şuranın 1996-cı ilə aid fotoşəklində Milli Azərbaycan Tarixi Muzeyinin hazırkı direktoru, akademik Nailə Vəlixanlı, mərhum şərqşünas, akademik Vasim Məmmədəliyev, Tarix İnstitutunun o vaxtkı direktor müavini, müxbir üzv Mahmud İsmayılov və başqaları təsvir edilmişdir. Bakıda 18-cı Qırmızı Ordu Muzeyinin açılışında çəkilən şəkildə Ziya Bünyadov AKP MK-nın 1-ci katibi Heydər Əliyev və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Qurban Xəlilovla bir sıradadır. Orta əsr Azərbaycan tarixinin həqiqətlərini üzə çıxaran Z.Bünyadovun 1970-ci illərdə rus dilində yazdığı “Tənqidçilərimə və opponentlərimə cavab” yazısı da fondda yer alır. Yazıda erməni alimlərinin tutarsız tənqidlərinə elmi dildə cavab verilib.