XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
14 Noyabr, 2019
Muzey əməkdaşının monoqrafiyasının təqdimatı keçirilib
13 noyabr 2019-cu il tarixində "1905.az" saytında Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunun müdiri, t.ü.f.d., dosent Sevinc Vahabovanın “Azərbaycan orta əsr silahları (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” adlı monoqrafiyasının təqdimatı keçirilib. Müəllif muzey kolleksiyasındakı silahlar haqqında məlumat verib, orta əsr Azərbaycan silahsazlıq ənənələrindən, Azərbaycan hərb tarixi, hərb sənətinin zəngin keçmişindən, inkişafından danışıb. Monoqrafiyanın Muzey materiallarının elmi dövriyyəyə buraxılması, tədqiqat obyekti olaraq araşdırılması baxımından aktuallığı qeyd edilib. Muzey kollektivi adından S.Vahabovanı təbrik edir, uğurlar arzulayırıq.