XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Noyabr, 2019
Muzey əməkdaşları “İKT-İRS layihəsi”nin açılış mərasimində iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdüri Fəridə Şəmsi və elmi işçi Ləman Musayeva Nərimanov rayonu R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbdə keçirilən tədbirdə iştirak ediblər. İlk olaraq məktəbin 4c və 4ç siniflərində keçirilən “El atası - H.Z.Tağıyev”ə həsr olunmuş “Ailəsini sevməyən Vətənini sevməz” və “Balıq əhvalatı” adlı açıq dərsdə olublar. Daha sonra məktəbin akt zalında “İKT-İRS layihəsi”nin təntənəli açılış mərasiminə qatılıblar. Milli geyimdə olan I sinif şagirdlərinin rəngarəng çıxışından sonra məktəbin direktoru, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsinin qalibi Tahirə Şükürova və uşaq ədəbiyyatı yazıçısı, professor Solmaz Amanova söz alıblar. Layihənin mövzusu və H.Z.Tağıyevin irsinin qorunması barədə danışıblar. Sonra muzeyin elmi işçisi L.Musayeva çıxış edib. Məktəblilərin görkəmli xeyriyyəçi H.Z.Tağıyev haqqında müfəssəl bilik əldə etmələrinin onların gələcək həyatına nümunəvi təsirini qeyd edib. “Gözəl örnək milli irsin təbliği və düzgün tərbiyənin əsasıdır” deyən muzey işçisi layihənin və tədbirin gedişatına uğurlar diləyib.