XƏBƏRLƏR
22 Noyabr, 2019
Muzey əməkdaşı beynəlxalq konfransda çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Əli Fərhadov “İslam fəlsəfəsində Nəsimi fenomeni” adlı beynəlxalq elmi-fəlsəfi konfransda iştirak edib. Tədbir AMEA-nın Fəlsəfə İnstitutunun və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təşkilatçılığı ilə keçirilib. Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında ölkə başçısının 11 yanvar 2019-cu il tarixli Sərəncamı çərçivəsində baş tutub. Konfransda “Hürufilikdə dinlərin vəhdəti və kamil insana baxış” adlı məruzə ilə çıxış edən Ə.Fərhadov bildirib ki, orta əsrlər Azərbaycan mütəfəkkirləri fərqli mədəniyyətlərə, din, məzhəb və təriqətlərə özünün xoş münasibətilə dövrün fəlsəfi nümayəndələri arasında özünəməxsus yer tutur. Bu istiqamətdə hürufiliyin və onun əsas azərbaycanlı nümayəndəsi İ. Nəsiminin yaradıcılığı xüsusilə nəzərə çarpır. Onun həm nəzm əsərlərində, həm də “Müqəddimətül-həqayiq” (“Həqiqətlərə giriş”) adlı türkcə yazdığı nəsr əsərində hürufiliyin geniş izahı verilmişdir. Hürufiliyin təsirləri təkcə Azərbaycanla və İranla məhdudlaşmamış, Anadoluda bəktaşilik və s. təriqətlərin içində yaşaya bilmişdir. Məruzəçi qeyd edib ki, Nəsimi yaradıcılığı bütün dünyanı qucaqlayır və dinindən, millətindən asılı olmayaraq hər kəsə insanın ülviliyini, ilahiliyini təbliğ edir. Bu da multikulturalizm, islam həmrəyliyi kimi dövrümüzün mütərəqqi ideyaları ilə həmahəngdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, 2017-ci ili “İslam həmrəyliyi” ili, 2019-cu ili “Nəsimi ili” elan etməsi də sufiliyin və hürufiliyin əsasında olan multikulturalizm və tolerantlıq tariximizi daha dərindən araşdırmaq üçün alimlərimizin qarşısında yeni vəzifələr qoyur. Beynəlxalq konfransın materialları "Nəsiminin fəlsəfəsi və ümumbəşəri dəyərlər" (Bakı: Elm və təhsil, 2019,480 səh.) toplusunda çap olunub. Ə.Fərhadovun “Hürufilikdə dinlərin vəhdəti və kamil insana baxış” adlı məruzəsi (s. 410-423) də topluda yer alıb.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...