XƏBƏRLƏR
25 Noyabr, 2019
Muzey əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
20 - 22 noyabr 2019-cu ildə Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dos. Nərgiz Əliyeva, “Silahlar və bayraqlar” Fondunun müdiri, t.ü.f.d., dos. Sevinc Vahabova və “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin b.e.i., t.ü.f.d. Aygün Məmmədova Rusiya Federasiyası Tatarıstan Respublikasının Bulqar şəhərindəki Bulqar İslam Akademiyasında keçirilmiş Beynəlxalq elmi-praktiki konfransda məruzəçi kimi iştirak ediblər. Konfrans “Milli ilahiyyat məktəbinin yaranması və inkişafı kontekstində islamşünaslıq tədqiqatları təcrübəsi” mövzusunda olub.
Dosent Nərgiz Əliyeva “Azərbaycanın müsəlman elm və təhsil xadimlərinin Xilafətin mədəni mərkəzlərində fəaliyyəti”; dosent Sevinc Vahabova “Türk xalqlarının silahsazlıq ənənələrinə İslamın təsiri”; t.ü.f.d. Aygün Məmmədova “MATM-nin Numizmatika Fondunda qorunan Cuçi sikkələrindən ibarət dəfinələr islamşünaslığın faktiki mənbəyi kimi” mövzularında məruzələrlə çıxış ediblər. A.Məmmədova tərəfindən Bulqar İslam Akademiyasının tədris işləri üzrə prorektoru Aleksey Petrova MATM-nin elmi nəşrləri hədiyyə edilib.
Konfrans iştirakçıları Məhəmməd peyğəmbərin həyat və fəaliyyətinə həsr edilmiş yarışmada iştirak edib, verilən sualları cavablandırıblar.
Sonda konfrans iştirakçıları Bulqar İslam Akademiyası yaxınlığındakı Ağ Məscidi ziyarət edib, Bulqar Sivilizasiyası Muzeyi və Bulqar Dövlət Tarix-Memarlıq Muzey-Qoruğuna olan ekskursiya nəticəsində zəngin məlumatlar əldə ediblər.
Konfrans məruzələrinin nəşr edilməsi nəzərdə tutulub.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...