XƏBƏRLƏR
25 Noyabr, 2019
Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda Muzeyin eksponatları sərgilənir
Noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi olub.
Pavilyonda Azərbaycanın mədəni irsini nümayiş etdirən eksponatlardan ibarət müxtəlif sərgilər təşkil olunmuşdur. Onlar sırasında rəsm əsərləri, heykəllər, milli musiqi alətləri, Azərbaycan xalça məmulatları, milli musiqi alətləri, qədim və orta əsr keramika, daş və mis qablar, şəbəkə, zərgərlik nümunələri, silahlar tamaşaçıların diqqətini cəlb etmişdir.
Qeyd etmək lazımdır ki, pavilyonun tarixində ilk dəfə olaraq Azərbaycanın II Dünya müharibəsində iştirakına dair xüsusi ekspozisiya qurulmuş və burada Milli Azərbaycan Tarixi Muzeyinin unikal eksponatları sərgilənmişdir.
Onlar sırasında döyüşlərdə sərkərdəlik məharətini nümayiş etdirmiş iki dəfə Sovet İttifaqı qəhrəmanı, general Həzi Aslanova, Sovet İttifaqı qəhrəmanı polkovnik Həbibulla Hüseynova, Sovet İttifaqı qəhrəmanı polkovnik Adil Quliyevə, Azərbaycanın ilk admiralı Cəlil Cavadova, Sovet İttifaqı qəhrəmanı kəşfiyyatçı Rixard Zorgeyə, döyüşlərdə qəhrəmancasına vuruşmuş Azərbaycanın ilk qadın hərbi təyyarəçisi Züleyxa Seyidməmmədovaya, Avropa Müqavimət hərəkatının qəhrəmanları, Sovet İttifaqı qəhrəmanı Mehti Hüseynzadəyə və Əhmədiyyə Cəbrayılova, reyxstaqın alınmasında iştirak etmiş Bəxtiyar Mirtağıyevə, Berlinin alınmasında iştirak etmiş Böyükxanım Mirvacadovaya aid eksponatlar xüsusi maraqla qarşılanmışdır.
Ekspozisiyada həmçinin arxa cəbhədə fədakarcasına çalışmış kimyaçı alim Stalin Mükafatı laureatı akademik Yusif Məmmədəliyev, Sosialist Əməyi qəhrəmanı həkim akademik Mustafa Topçubaşov, Sosialist Əməyi qəhrəmanı neftçi Gülbala Əliyev, Sosialist Əməyi qəhrəmanı pambıqçı Bəsti Bağırova, ilk qadın gəmi kapitanı Şövkət Səlimova, Sosialist Əməyi qəhrəmanı dəmiryolçu Firuddin Ağayev, Stalin Mükafatı laureatları musiqiçilər Üzeyir Hacıbəyli və Niyaziyə aid eksponatlar, eləcə də müharibə illərində Bakının zavodlarında istehsal olunmuş hərbi məhsul nümunələri təqdim edilir.
Eksponatlarla bərabər informasiya panellərində müvafiq məlumatlar verilmişdir.
Heydər Əliyevin Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil olunmuş ekspozisiya 6 ay ərzində fəaliyyət göstərəcək. Qeyd etmək lazımdır ki, dünyanın 50 nəhəng sərgi mərkəzi sırasına daxil olan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi ildə 30 milyon izləyici qəbul edir və beləliklə Azərbaycanın II Dünya müharibəsində iştirakına dair ekspozisiya ilə çoxlu sayda Rusiya vətəndaşı və xarici turistlər tanış ola biləcəklər.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...