XƏBƏRLƏR
25 Noyabr, 2019
Muzey əməkdaşının Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun tarixinə həsr olunmuş kitabı nəşr olunub
Noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi olub.
Pavilyonun açılışı ərəfəsində Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan” pavilyonunun tarixini əks etdirən “XTNS. “Azərbaycan” pavilyonu. 1939-2019” adlı kitab nəşr olunub (rus dilində “ВДНХ. Павильон «Азербайджан». 1939-2019”. Баку, 2019, 199 стр.). Kitabın hazırlanması və nəşri üzrə layihənin rəhbəri Anar Ələkbərov, koordinatoru Ülviyə Qasımova, məsləhətçi Rəşad Kərimov idi.
Kitabın mətninin müəllifi Muzeyin şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovdur. Azərbaycan və Rusiya arxivlərinin, eləcə də mövcud elmi ədəbiyyat əsasında yazılmış kitabda XTNS-dakı “Azərbaycan” pavilyonunun 1939-cu ildən keçidiyi bütün tarix əks olunmuşdur. Burada həmçinin pavilyonun Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş kompleks bərpa işlərinin mərhələləri, eləcə də pavilyonun müasir görünüşünü əks etdirən fotoşəkillər yer almışdır.
Qeyd etmək lazımdır ki, kitab noyabrın 23-də “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimində iştirak etmiş bütün qonaqlara hədiyyə edilmişdir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...