XƏBƏRLƏR
26 Noyabr, 2019
Muzeyə yeni materiallar qəbul edilib
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fonduna yeni materiallar daxil olub. Bunlar - Azərbaycan SSR xalq artisti, Dram Teatrının tanınmış aktyoru Məmmədəli Vəlixanlının (1899-1969) ovçuluq bileti və 9 fotoşəkili (inv. № 4723-4732) muzeyə təhvil verilib. 1950-60-ci illərə aid həmin şəkillərdə istedadlı səhnə ustasının yaratdığı surətləri, həm də müxtəlif tədbirlərdə başqa həmkərları ilə görüşləri əksini tapıb. Materiallar Azərbaycan teatr tarixinin tədqiqi baxımından əhəmiyyətlidir.
Görkəmli sənətkar Məmmədəli Vəlixanlı 13 mart 1899-cu ildə Bakının Fatmayı kəndində doğulub. "Səfa" mədəni-maarif cəmiyyəti nəzdindəki məktəbdə oxuyub. Həmin dövrdə Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalov "Səfa"nın teatr truppasında əsas simalardan biri idi. O, 1912-ci ildə quruluş verdiyi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasının tamaşasında Bədəl rolunu təbiətən çevik və hər şeyə maraq göstərən Məmmədəliyə tapşırıb. Bununla da gələcək aktyorun sənət yolunda ilk addımı atılıb. 1920-ci ildə Dram Teatrının xor heyətinə işə qəbul olunub. İşə başladığı ilk illərdə tədricən dram tamaşalarında sözsüz rollarda səhnəyə çıxıb. Məmmədəli Vəlixanlı teatrda işləyə-işləyə Bakı Teatr Texnikumunda təhsilini davam etdirib (1927-1930). Otuzuncu illərin sonlarında realist aktyor məktəbinin duzlu komik aktyoru kimi tanınan Məmmədəli Vəlixanlı son dərəcə şirin, duzlu və koloritli yumoristik və komik-dramatik rollara səhnə ömrü bəxş edib. Teatr sənətimizin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar artisti (4 dekabr 1938) və xalq artisti (21 iyul 1949) fəxri adlarına layiq görülüb. Məmmədəli Vəlixanlı milli xarakter yaratmaqda, xalq teatr tamaşaları estetikasını səhnədə yaradıcılıqla realizə etməkdə mahir ustad idi. Hərəkətlərindəki, jestlərindəki, sifət ifadələrindəki aktyorluq boyaları zəngin və əlvan idi. M. Vəlixanlı hər bir obrazı fərdi xarakter kimi götürür, onu konkret tarixin, mühitin, ictimai təbəqənin təmsilçisi prizmasından tamaşaçılara təqdim edirdi. Onun çox orijinal, yapışıqlı və mütləq təbəssüm doğuran səs tembri, koloritli yumoru, zəngin sifət cizgi-ifadə vasitələri vardı. Yumor və satiranın ölçü-əndazələrini səhnədə dəqiq həssaslıqla gözləyə bilirdi. Dahi sənətkar 12 aprel 1969-cu ildə dünyasını dəyişib. Məzarı Bakıda ikinci Fəxri xiyabandadır.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...