XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Noyabr, 2019
Muzeyin nadir kitab incisi
Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasının Nadir kitablar fondunda rus tarixçisi və publisisti M.Stasyuleviçin "Осада и взятие Византии турками (2 апреля - 20 мая 1453 года)" (“Bizansın türklər tərəfindən mühasirəsi və alınması: 2 aprel-20 may 1453-cü il”), СПб, Типография Императорской Академии Наук, 1854, 180 стр.) kitabı qorunur. Kitabda 1453-cü ildə Konstantinopolun (indiki İstanbul) türklər tərəfindən işğalı, Bizans imperiyasının süqutundan bəhs edilir.