XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Noyabr, 2019
Muzeyin arxeologiya kolleksiyası əsasında magistr dissertasiyası hazırlanır
Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan Şirvan bölgəsinin kolleksiya nümunələri tədqiqata cəlb edilib. Tədqiqat işləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin müdiri, t.ü.f.d. Zaur Həsənovun rəhbərliyi altında, həmin şöbənin böyük laborantı, magistrant Nərmin Məmmədli tərəfindən aparılır. Araşdırmalar “Şirvan bölgəsinin antik dövr bədii metalişləmə sənəti” mövzusu üzrə həyata keçirilir. Bu mövzuya uyğun olaraq Nərgizava və Mollaisaqlı abidələrindən tapılmış bədii metal nümunələri tədqiqat obyekti seçilmişdir. Tədqiqat obyekti seçilmiş tapıntılarla bağlı zəruri qeydlər götürülərək, məlumat bazasına daxil edilib. Araşdırmaların aparılmasına Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə və Arxeologiya fondunun müdiri Aida İsmayılova lazımi yardım göstərirlər.