XƏBƏRLƏR
02 Dekabr, 2019
Muzey əməkdaşı Çində “Bir kəmər və bir yol” layihəsi əsasında keçirilmiş beynəlxalq tədbirdə iştirak edib
17-27 noyabr 2019-cu il tarixində Çinin Şanxay Tarix Muzeyində “Bir kəmər və bir yol” layihəsi əsasında elmi seminar keçirilib. Tədbirdə dünyanın 13 ölkə müzeylərinin nümayəndələri iştirak ediblər. Burada Böyük Britaniya, Almaniya, Qazaxıstan, Azərbaycan, Şri Lanka, İndoneziya, Misir və digər ölkələrin muzey nümayəndələri foto-slayd təqdimatı ilə çıxış edib, təmsil etdiyi muzeyin fəaliyyəti barədə iştirakçılara məlumat veriblər. Mövzular ətrafında fikir mübadiləsi və disskusiyalar aparılıb. Layihə müddətində iştirakçılara muzeylərin inkişafını beynəlxalq baxımdan araşdırılması, muzeylərin müasir durumu istiqamətində təlim kursları və seminarlar keçirilib. Iştirakçılara həmçinin Çinin tarixi, mədəni abidələrinə, muzeylərinə ekskursiya aparılıb.
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Fond işləri üzrə direktor müavini, t.ü.f.d., dosent Məhfuzə Zeynalova foto-slayd nümayişi ilə çıxış edib. Azərbaycanlı alim məruzəsində Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyəti, ekspozisiyası və sərgiləri haqqında ətraflı məlumat verib. O bildirib ki, muzey son vaxtlar beynəlxalq əlaqələrini genişləndirir, dünya ölkələrinin muzeyləri ilə qarşılıqlı səyyar sərgilərin keçirilməsi haqqında görüşlər keçirilir, memorandumlar imzalanır. Ölkə muzeyləri ilə qarşılıqlı təcrübə mübadiləsi aparılır və dünya standartlarına cavab verən yüksək bərpa texnologiyaları tətbiq edilir. M.Zeynalova muzeydə qorunan və nümayiş olunan “Böyük İpək Yolu”nu əks etdirən eksponatlar haqqında da iştirakçılara məlumat verib.
Tarixçi alim beynəlxalq tədbirdə qarşılıqlı əməkdaşlığın keçirilməsi məsələsi barədə də danışıb. O, səyyar sərgilərin keçirilməsi, müasir bərpa, konservasiya təcrübəsinin təşkili ilə bağlı təkliflər irəli sürüb. Tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.
M.Zeynalova eyni zamanda Çin Dövlət telekanalına Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyəti haqqında geniş müsahibə verib.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...