XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Dekabr, 2019
Muzey əməkdaşı Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
Türkiyənin Aydın şəhərində, Aydın Adnan Menderes Universitetində Milli Mücadilənin 100 illiyinə həsr olunmuş "Yörük Əli Efe Beynəlxalq Xalq Mədəniyyəti Araşdırmaları” Beynəlxalq Simpoziumu keçirilib. Milli Azərbaycan Tarixi Muzeyinin Ekspozisiyanın təhlükəsizliyi üzrə direktor müavini, t.ü.f.d., dos. Həbibə Əliyeva simpoziumda iştirak edib. O, "Azərbaycanda arxeoloji qazıntılardan aşkarlanmış epiqrafik kitabələr" adlı elmi məruzə ilə çıxış edib. Məruzəçinin çıxışı maraqla qarşılanıb və iştirakçıların sualları onun tərəfindən ətraflı cavablandırılıb. H.Əliyeva universitet rəhbərliyinə muzeyin nəfis tərtibatlı nəşrlərini hədiyyə edib. Sonda iştirakçilara sertifikatlar təqdim edilib.