XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 Dekabr, 2019
Muzeydə İrəvan xanlığının sərdarı Hüseyn xana məxsus tuğ saxlanılır
Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda İrəvan xanlığının sərdarı Hüseyn xana məxsus ştandart (tuğ) qorunur (inv. № 461). İrəvan 1827-ci ildə Rusiya tərəfindən işğal edildikdən sonra bu tuğ və xanlığa aid digər üç bayraq Tiflisdəki Qafqaz Hərb Tarixi Muzeyinə verilmişdir. 1924-cü ildə bu tuğ və digər bir bayraq Azərbaycan SSR Dövlət Muzeyinə (indiki Milli Azərbaycan Tarixi Muzeyi) təhvil verilmişdir. Hüseyn xana məxsus bayrağın yuxarı enli hissəsində şir və insan sifətli günəş (şiri-xurşid) təsvirləri var. Bayrağın üzərində ərəbcə “Mən (şəriət) qanuna uyğun hərəkət edirəm”; “Kömək Allahdandır, yaxın qələbə”; “1241” (1825/26) ifadələri tikilib. Bayraq, İrəvanın Azərbaycan ərazisi olmasının sübutudur və ermənilərin “Şərqi Ermənistan” iddialarını ifşa edir.