XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 Dekabr, 2019
Muzey əməkdaşının mühazirəsi keçirilib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Qafarlı Qənirə və Dadaşova Kübra Nərimanov rayonu 82 saylı tam orta məktəbdə fəalliyyət göstərən “Gənc bələdçi” dərnəyinin dəvəti ilə məktəbin qonaqları olublar. Qənirə Qafarlı şagirdlərə "Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarında milli-mənəvi dəyərlərimizin əksi" movzusunda mühazirə deyib. Muzeyin Arxeologiya, Etnoqrafiya, Silahlar və bayraqlar fondlarının materialları haqqında məlumat verib. Gənc nəslə milli irsimizin təbliği və sevdirilməsi mövzusunda danışıb. Mühazirədə şagirdlər, müəllimlər və Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşı iştirak edib. Mühazirə onlar tərəfindən məmnunluqla qarşılanıb, verilən suallar Qənirə Qafarlı tərəfindən ətraflı cavablandırılıb.