XƏBƏRLƏR
09 Dekabr, 2019
Akademik Nailə Vəlixanlı Çində İYMBA-nın II Forumunda iştirak edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və Elmi Fond işləri üzrə direktor müavini, t.ü.f.d., dosent Məhfuzə Zeynalova Çində İpək Yolu Muzeylərinin Beynəlxalq Alyansının (İYMBA) II Forumunda iştirak etmişlər. Çin Milli Muzeyinin təşkilatçılığı ilə keçirilən bu Forumda Çin, Serbiya, Miyama, Azərbaycan və Qazaxıstan muzeylərinin nümayəndələri iştirak ediblər. Forumun keçirilməsinin məqsədi İpək Yolu üzərində olan muzeylərin fəaliyyətini genişləndirmək, birgə əməkdaşlıq şəraitində və təqdim olunan müvafiq layihələr əsasında iş birliyi qurmaqdır.
Tədbirdə iştirak edən muzey rəhbərləri rəhbərlik etdikləri muzeylərin müasir durumu haqqında məlumat vermiş, layihələrlə bağlı təkliflər irəli sürmüşlər. İpək Yolu üzərində olan Muzeylərin Beynəlxalq Alyansının vitse-prezidenti, akademik Nailə Vəlixanlı çıxış edərək muzeyin digər muzeylərlə əlaqələrindən və bu sahədə əldə olunan nailiyyətlər haqqında məruzə etmişdir. N.Vəlixanlı muzeyin kolleksiyası, o cümlədən İpək Yoluna dair eksponatlar haqqında məlumat vermişdir. Bildirib ki, 100 yaşını qeyd etmək ərəfəsində muzey beynəlxalq əlaqələrini daha da genişləndirir və bu məqsədlə bir sıra ölkələr, o cümlədən Qazaxıstan, Rusiya, Özbəkistan və b. yerlərin muzeyləri ilə iş birliyi yaradır.
Tədbirdə muzey rəhbərləri arasında gələcək əməkdaşlıq haqqında danışıqlar aparılıb. Muzeylərarası səyyar sərgilərin keçirilməsi, elmi, kadr təcrübə mübadiləsinin aparılması, eksponatların qorunub mühafizəsi və müasir bərpa, konservasiya texnologiyalarının tətbiqi məsələləri müzakirə olunub.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...