XƏBƏRLƏR
10 Dekabr, 2019
Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr edilmiş “Əbədiyaşar lider” adlı tədbir keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin YAP Səbail “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatı tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr edilmiş “Əbədiyaşar lider” adlı tədbir keçirilib.
Dövlət Himni səsləndirildikdən sonra tədbirin rəsmi hissəsində çıxış edən YAP Səbail “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova iştirakçıları salamladı. Tədbirin məqsədi və muzeydə YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının fəaliyyəti haqqında qısa məlumat verdi.
Ümummilli liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra P.Əzimova “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda məruzə ilə çıxış etdi.
Ulu öndərə aid “Ömür yolu” filmi izlənildikdən sonra Milli Fədailər Hərəkatının katiblik müdiri Gülnarə Əmirova çıxış edib, ümummilli liderin fəaliyyətinin gənc nəslə örnək olduğunu vurğuladı.
Daha sonra muzeyin əməkdaşları - şöbə müdiri, t.ü.f.d. Nasir Quluzadə “Ulu öndərin Azərbaycan dövlətçilik ənənələrinin qorunmasında rolu”; b.e.i., t.ü.f.d. Əli Fərhadov “Heydər Əliyev və azərbaycançılıq”; b.e.i., t.ü.f.d. Aygün Məmmədova “Numizmatik, filatelistik və faleristik materiallarda Heydər Əliyev obrazı”; elmi işçi Şəfa Mövsümov “İkinci Dünya Müharibəsində azərbaycanlıların iştirakı və Heydər Əliyevin azərbaycançılıq ideologiyası”; mütəxəssis Qənirə Qafarlı “Heydər Əliyev və bir sənədin izi ilə” adlı məruzələrlə çıxış etdilər.
Tədbirin bədii hissəsində Səbail rayonu H.Mahmudbəyov adına 2 saylı texniki-humanitar liseyin VII sinif şagirdi Amil Manafov Azərbaycan bayrağına həsr edilmiş şeiri səsləndirdi.
Tədbirdə həmçinin YAP “Gənc Tamaşaçılar” ilk ərazi təşkilatının sədri Ramilə Muradova, muzeyin digər əməkdaşları, YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının üzvləri - t.ü.f.d. Tural Şiriyev, Aybəniz Hacıyeva, Gülnar Fərhadova, Vüqar Xudaverdiyev və H.Mahmudbəyov adına 2 saylı texniki-humanitar liseyin Uşaq Birliyi rəhbəri Turac Əhmədova da iştirak ediblər.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...