XƏBƏRLƏR
12 Dekabr, 2019
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin təşkilatçılığı ilə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Ulu öndər Heydər Əliyev və mənəvi dəyərlər” adlı tədbir keçirilib.
Tədbirdə muzey əməkdaşları, S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının müəllim-şagird kollektivi,Təhsil Nazirliyi Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları və Bakı Dövlət Universitetinin əməkdaşları iştirak edib. Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbiri giriş sözü ilə açan gimnaziyanın direktoru İlqar Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatından on altı il keçdiyini xatırladıb. Zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı ilə fərqlənən Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib. Sonra Muzeyin aparıcı elmi işçisi, t.ü.f.d Bəhman Kərimov, Bakı Dövlət Universitetinin dosenti, t.ü.f.d. Arzu Xəlilzadə, Muzeyin mütəxəssisi Qənirə Qafarlı Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rolundan danışıblar. Çıxışçılar dahi rəhbərin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin tərəqqi etdiyini qeyd ediblər. Ulu öndər Heydər Əliyevin elm və mədəniyyətə geniş ürəklə qayğı göstərməsi, xalqımızın əsrlər boyu yaratdığı mənəvi dəyərlərin qorunması və daha da zənginləşdirilməsi üçün əməyini əsirgəmədiyi bildirilib. Bu gün bu ənənə Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra məktəblilərin iştirakı ilə bədii hissə keçirilib. Ulu öndər Heydər Əliyevin şərəfli həyat və fəaliyyəti haqqında film nümayiş olunub.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...