XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 Dekabr, 2019
Muzey əməkdaşları beynəlxalq treninqdə iştirak ediblər
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Kübra Dadaşova və Zümrüd İsmayılova 10-12 dekabr 2019-cu il tarixində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilən beynəlxalq treninqdə iştirak ediblər. Gürcüstan Milli Muzeyində keçirilən treninq Gürcüstan Muzeylər Birliyi (GMA), NEMO - Avropa Muzey Təşkilatları Şəbəkəsi (Almaniya) və Mədəniyyətlər İdarəetmə Akademiyasının (Hollandiya) təşkilatçılığı ilə keçirilib. "Muzey Missiyası, Görmə, Dəyərlər" mövzusunda olan treninq Avropa Muzey Təşkilatları Şəbəkəsinin direktoru David Vuillaume tərəfindən aparıldı. D.Vuillaume treninqdə muzey missiyası, muzey etikası, muzey görmə, dəyərlər kontekstində maraqlı məlumatları muzey əməkdaşlarına çatdırdı və müzakirə aparıldı. Üç gün davam edən treninqin ikinci günü tədqiqat xarakterli qrup işindən ibarət oldu. İştirakçılar Gürcüstanın müəyyən olunmuş üç muzeyini müqayisə məqsədilə ziyarət etdilər. Qrup işi treninqin üçüncü günündə təqdimat xarakterli slayd şou ilə yekunlaşdırıldı. Sonda muzey əməkdaşlarına sertifikatlar təqdim edildi.