XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Dekabr, 2019
Gənc Alim və Mütəxəssislər Şurasının illik hesabatı keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyi Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) illik hesabatı keçirilib. Hesabatda muzeyin direktoru, akademik Nailə Vəlixanlı, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dos. Famil Salmanov və şura üzvləri iştirak ediblər. Muzeyin GAMŞ-nın sədri, t.ü.f.d. S.Nəsirova illik hesabatı slayd vasitəsilə təqdim etdi. Sonda ilin yekun hesabatı müzakirə edildi və nəticədə muzeyin GAMŞ-nın illik fəaliyyəti qənaətbəxş hesab olundu.