XƏBƏRLƏR
19 Dekabr, 2019
Görkəmli ərəbşünas alim Ələsgər Məmmədovun 100 illik yubileyi qeyd edilib
Bakı Dövlət Universitetində (BDU) Azərbaycanda ərəbşünaslığın banisi, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Ələsgər Məmmədovun 100 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev görkəmli ərəbşünas alimin ömür yolu və elmi fəaliyyətindən danışıb. Bildirib ki, 1933-1937-ci illərdə Nərimanov adına Sənaye Texnikumunda, 1937-1941-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Alman dili şöbəsində təhsil alan Ələsgər Məmmədov 1941-ci ilin iyul ayında Şərq dillərini öyrənmək üçün Moskvaya göndərilib və 1944-cü ildə Moskva Şərqşünaslıq Universitetinin Ərəb dili üzrə hərbi şöbəsini bitirib. O, 1945-ci ilin fevral ayından SSRİ Xarici İşlər Nazirliyində referent kimi əmək fəaliyyətinə başlayıb, 1945-1946-cı illərdə yüksək savadlı alman dili mütəxəssisi olaraq Nürnberq prosesində tərcüməçi kimi fəaliyyət göstərib. Elçin Babayev vurğulayıb ki, 1947-ci ildən ömrünün sonlarına qədər taleyini Bakı Dövlət Universitetinə bağlayan Ələsgər Məmmədov 1957-ci ildə ərəb dili və ədəbiyyatı şöbəsinin açılması ilə ərəbşünaslıq məktəbinin əsasını qoyub. Bu böyük alimin yetirmələri elm, təhsil, diplomatiya, tərcüməçilik sahələrindəki nailiyyətləri ilə ərəbşünaslıq məktəbinin möhkəm təmələ əsaslandığını sübut ediblər.
Tədbirdə Ələsgər Məmmədovun həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.
Tədbirdə iştirak edən AMEA Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı “Unudulmaz pedaqoq” mövzusunda məruzəsində Ələsgər müəllimlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, 1957-ci ildə açılmış ərəb şöbəsində Ələsgər müəllimin bilavasitə özünün dərs dediyi və sonralar onun dərslikləri sayəsində bu çətin dili mənimsəyən məzunlar arasından şərqşünaslığın müxtəlif sahələrində onlarla tanınmış fəlsəfə və elmlər doktoru, AMEA-nın həqiqi və müxbir üzvləri yetişiblər. Ələsgər müəllim nadir mütəxəssis, əvəzsiz pedaqoq, nəcib insan, ərəbşünas alimlərin yetişməsinin əsil səbəbkarı idi.
Tədbirdə Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov “Azərbaycanda müasir ərəbşünaslığın banisi” mövzusunda, BDU-nun Ərəb filologiyası kafedrasının professoru Aida Qasımovanın “İmruu-l-Qeysin bir qitəsində əfsanə, tarix və Azərbaycanla səsləşən məqam” mövzusunda məruzələri dinlənilib.
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov, akademik Nərgiz Axundova, ssenarist Rəfiqə Məsud alimlə bağlı xatirələrini bölüşüblər.
Tədbirdə çıxış edən alimin qızı Şərafət Məmmədova atasının Bakı Dövlət Universitetini evi qədər sevdiyini söyləyib, xatirəsinə göstərilən hörmət və ehtirama görə universitet rəhbərliyinə, uzun illər çalışdığı Şərqşünaslıq fakültəsinin kollektivinə təşəkkürünü bildirib.
Konfrans öz işini “Ərəb dilçiliyi”, “Fars dilçiliyi”, “Türk dilçiliyi”, “Ərəb ədəbiyyatı”, “Fars ədəbiyyatı”, “Türk ədəbiyyatı”, “Uzaq şərq dilçiliyi və ədəbiyyatşünaslığı”, “Tarix və beynəlxalq münasibətlər”, “Sosial elmlər” mövzularında bölmə iclasları ilə davam etdirib.
İki gün davam edəcək konfransda ümumilikdə 134 məruzə dinləniləcək.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...