XƏBƏRLƏR
20 Dekabr, 2019
Muzeydə “Yeniləşən Azərbaycan və gənclik” adlı tədbir keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Yeniləşən Azərbaycan və gənclik” adlı tədbir keçirilib.
Muzeyin YAP Səbail rayonu “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatı ilə “Milli Fədailər Hərəkatı”nın təşkilatçılığı ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. “Gənclər siyasəti” filmi nümayiş etdirildi.
Sonra muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin baş mütəxəssisi, YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova iştirakçıları salamladı. “İnamla, İlhamla qələbəyə doğru” adlı məruzə ilə çıxış edib, tədbirin önəmi barədə məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğı və diqqəti sayəsində son illərdə azərbaycanlı gənclərin mühüm uğurlara nail olduğunu, bacarıq və imkanlarının yeni səviyyəyə çatdığını və hüquqlarının artdığını vurğuladı.
Daha sonra muzey əməkdaşları - Numizmatika və epiqrafika elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, t.ü.f.d. Sevinc Nəsirova, Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Zümrüd İsmayılova, həmçinin “Milli Fədailər Hərəkatı”nın sədri Fuad Muradov, təşkilatın üzvləri - Akif Səfərov, Böyükbəy Əliyarbəyov və Zülfiyyə Nuriyeva çıxış etdilər. Dövlət başçısının mədəni irsin qorunması, gənclərlə iş və idman siyasətində olan fəaliyyətindən bəhs edib, yeni nəsil üçün yüksək sosial rifah və insan kapitalı inkişafının təmin edildiyini vurğuladılar. Cənab Prezidentin gənclər siyasətini alqışladıqlarını bildirdilər.
Sonda Bakı Musiqi Akademiyasının doktorantı Rüfət Piriyevin canlı ifasında “Heydərimiz” mahnısı (sözləri: Gülər Əlvan qızı; bəstə: Aytən İbrahimova) səsləndirildi.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...