XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Dekabr, 2019
Muzeyin Bərpa laboratoriyasında istehsalat təcrübəsi keçirilib
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsinin “İncəsənət əsərlərinin bərpası və ekspertizası” ixtisası üzrə IV kursda təhsil alan 20 tələbəsi AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyasında istehsalat təcrübəsi keçib. 2019-cu ilin dekabr ayının 16-dan 28-dək davam edib. Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlı tərəfindən tələbələrə Muzey haqqında ətrafı məlumat verilmiş, Muzeyin Bərpa laboratoriyasının əməkdaşları - Gülşən Hacıyeva, Əjdər Qafar, Vüqar Xudaverdi,Qənirə Məmmədova, Tural Nəbiyev və Abgül Kərimova tərəfindən istehsalat təcrübəsi aparılmışdır.