XƏBƏRLƏR
16 Yanvar, 2020
Muzey əməkdaşları “Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar” adlı tədbirdə iştirak edib
Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar” adlı tədbir təşkil edilib. Tədbir Xırdalan şəhər 5 №-li tam orta məktəbdə keçirilib. Muzeyin əməkdaşları – t.ü.f.d. Əli Fərhadov, Qənirə Qafarlı, Ayəndə Dadaşova, orta məktəbin direktoru Şahin Yusifov, məktəbin müəllim-şagird kollektivi tədbirdə iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başladı. Muzeyin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “XIX-XX əsrlərdə Rusiyanın Azərbaycan siyasətinə baxış”;mütəxəssis Qənirə Qafarlı “20 Yanvar faciəsinə baxış” adlı məruzələrlə çıxış etdilər. 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxundu, həmçinin mövzu ilə bağlı slayd təqdim olundu. Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hazırlanan “20 Yanvar şəhidləri” kataloqu (Bakı: Elm, 2018, elmi redaktor: akademik Nailə Vəlixanlı) məktəbin kitabxanasına hədiyyə edildi.
Sonda Xırdalan şəhər 5 №-li tam orta məktəbin tarix müəllimi Rumiyə Həsənovanın rəhbərliyi altında məktəblilərin iştirakı ilə bədii hissə təqdim olundu və məktəbin direktoru Şahin Yusifov öz çıxışında məktəblilərin maariflənməsində iştirak etdikləri üçün muzey əməkdaşlarına təşəkkür etdi.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...