XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Yanvar, 2020
Muzey əməkdaşı ATV kanalına müsahibə verib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri və Etnoqrafiya fondunun müdiri, t.ü.f.d. Sevinc Nəsirova “ATV Səhər” verilişinə müsahibə verib. 20 Yanvar hadisələri zamanı vaxtilə Azərbaycan şeirlərində, tətbiqi sənət nümunələrində, xüsusilə təkəlduz tikmələrində tərənnüm olunan qərənfil gülünün bir gecədə matəm rəmzinə çevrilməsi ilə bağlı çıxış edib. Bir vaxtlar sevgi, məhəbbət təcəssümü olan bu çiçəyin 20 Yanvar hadisələrindən sonra şəhidlərimizin qəhrəmanlıq salnaməsinə, azadlıq üçün axıdılan qanlarının rəmzinə çevrilməsindən bəhs edib.