XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Yanvar, 2020
Muzey əməkdaşı məruzə ilə çıxış edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunun müdiri, t.ü.f.d., dosent Sevinc Vahabova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 20 Yanvar hadisələrinin 30 illiyinə həsr olunmuş tədbirdə məruzə ilə çıxış edib. Çıxışda Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələri, ö dövrdə cərəyan edən böhranlı vəziyyət haqqında ərtaflı məlumat verilib. S.Vahabova Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında 20 Yanvar faciəsi ilə bağlı müxtəlif sənəd, foto və şəxsi əşyaların saxlanıldığını qeyd edib və bu materiallardan ibarət slayd təqdim edib.