XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Yanvar, 2020
“Azərbaycan” qəzetində “Muzey əməkdaşlarının “Könüllülər ili”nə ilk töhfəsi” adlı məqalə dərc olunub
Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan “Azərbaycan” qəzetinin 22 yanvar 2020-ci il № 12 (8328) (www.azerbaijan-news.az) buraxılışında Milli Azərbaycan Tarxi Muzeyi tərəfindən keçirilən tədbir haqqında məqalə dərc olunub. “Muzey əməkdaşlarının “Könüllülər ili”nə ilk töhfəsi” başlıqlı məqalədə muzey əməkdaşlarının 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsini ziyarət edilməsi haqqında məlumat verilib. Muzeyin bu təşəbbüsü cənab Prezident İlham Əliyevin 2020-ci ili "Könüllülər ili" elan edən müvafiq sərancamına uyğun keçirilib. Tədbirdə çıxış edən MATM-nin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi qeyd edib ki, bu tədbir, 100 illiyini qeyd etməyə hazırlaşan Muzeyin uşaqlara daha çox diqqət və qayğı göstərməsinin təzahürüdür.