XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 Noyabr, 2012
NİZAMİ GƏNCƏVİ 870

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 30 sentyabr 2012-ci il tarixində Gəncə şəhərində bir qrup tanınmış ictimai xadimlərin təşəbbüsü ilə təsis edilmişdir.

Dr. İsmayıl Serageldin - İsgəndəriyyə kitabxanasının direktoru,

Dr. Vaira Vike-Freiberga - Latviyanın sabiq Prezidenti,

Dr. Roza Otunbayeva - Qırgızıstanın sabiq Prezidenti,

Dr. Seuleyman Demirei - Türkiyə Cümhuriyyətinin sabiq Prezidenti,


 

Səfir Valter Füst - UNESCO İTU Komissarı, BMT-nin Elektron hökumət

Komissiyasının sədri

Dr. Farida Allaghi - İsveç Kraliçasının MENTOR fondunun İcraçı Direktoru                              Dr. Tuncel Acar - Türkiyə Milli Kitabxanasının direktoru                                                    Dr. Ahmed Naseem Şah - Kəşmir Universitetinin prorektoru.

 Bu mərkəzin əsas fəaliyyəti - Nizami Gəncəvi irsinin araşdırılması, təbliğ olunması, bütün əsərlərində qeyd etdiyi ümumbəşəri dəyərlərin, dinlər, mədəniyyətlərarası dialoqun təbliq olunmasıdır.

Nizami Gəncəvi 870 - "Şərq İnciləri" sərgisi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Milli Azərbaycan Tarix Muzeyi, Gəncə şəhər İcra Hakimiyyəti, Diasporla İş üzrə Dövlət Komitəsinın birgə dəstəyi ilə reallaşdırılır və bu sərgi Bakıda açıldıqdan sonra Himayədarlar Şurasınm dəstəyi ilə Bişkek, Tbilisi, Ankara, İsgəndəriyyə, London, Genevrə, Nyu York, Arkanzasda və ümumilikdə 37 - yə yaxın şəhərdə keçiriləcək.

Əlyazmalar məşhur İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Azərbaycana gətirilərək tarixi, mədəni, elmi araşdırma anlamında bəxş edilmiş böyük xəzinədir.

 Bu sərginin açılışında ABŞ Dövlət Departamentinin Dünya Qadın məsələləri üzrə əlaqələndiricisi xanım Melanne Verveer, ABŞ Dövlət Departamentinin İnformasiya Kommunikasiya məsələləri üzrə əlaqələndiricisi cənab Philip Verveer və Amerika Səfiri cənab Ricard Morningstar Fəxri Qonaq qismində iştirak etdilər.

Nizami Gəncəvi xəzinəsi daima ümumbəşəri dəyərlərin təbliğ olunmasında, milli dəyərlərin formalaşmasında əvəzsiz rol oynamışdır. Nizami əsərlərində Qadının aliliyi, onun əvəzolunmaz rolunu daima yüksək qiymətləndirmişdir.

Nizami Gəncəvi irsinin ümumbəşəriliyini nəzərə alaraq Nizami Gəncəvi Beynəlxalq Mükafatının təsis olunması qərara alınmışdır.

Dünya qadın hərəkatının formalaşması və inkişafı, azyaşlı qızların təhsilə cəlb olunması, qadın hüquqlarının qorunmasındakı əvəzolunmaz fəaliyyətinə görə xanım Melanne Verveer bu mükafatla təltif olundu.