XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
23 Yanvar, 2020
Muzeydə Azərbaycan EA-nın 30 illik yubileyini əks etdirən neqativ material saxlanılır
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Azərbaycan Elmlər Akademiyasının 30 illik yubileyinə həsr olunan təntənəli iclası əks etdirən neqativ (İnv. №15250) qorunur. Neqativ 1976-cı ildə muzeyə təhvil verilib. Fotoqrafı İ.A.Rubençikdir. İclasın rəyasət heyətində Ulu Öndər Heydər Əliyev də iştirak edib. Qeyd edək ki, SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı Azərbaycan Elmlər Akademiyasına çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi tədqiqat institutu, elmi tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mirəsədulla Mirqasımov Azərbaycan EA-nın prezidenti seçildi.