XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Yanvar, 2020
Muzeydə tarixi satirik jurnal qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda “Tuti” jurnalının bir nüsxəsi (1915, №8, əski əlifba ilə) mühafizə olunur (inv. № 4411). “Tuti” jurnalı "Molla Nəsrəddin" jurnalının təsiri altında həftədə bir dəfə Bakıda Azərbaycan dilində nəşr olunmuşdur. Siyasi, ədəbi, ictimai türk məzhəkə məcmuəsi idi. 1914-1917-ci illərdə jurnalın 112 sayı çap edilmişdir. "Tuti" jurnalının redaktoru "Səda" qəzetinin mühərriri Cəfər Bünyadzadə idi. "Tuti"çilər insanların azadlığı ideyasını tərənnüm edirdilər.