XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Yanvar, 2020
Muzeydə Arxeologiya fondunun inventarizasiyası həyata keçirilir
2020-ci ilin iş planına əsasən Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda elmi inventarizasiya işləri yerinə yetirilir. Bu işlərin aparılmasında əsas məqsəd adı çəkilən fondda daimi mühafizədə olan saxlanma vahidlərinin inventar kitabları və digər sənədlər əsasında mövcudluğunu və dəqiq sayını müəyyənləşdirmək, yekun təhvil-təslim aktını tərtib etməkdir. Bununla belə, inventarizasiya ilə paralel olaraq arxeoloji kolleksiyada olan əşyaların saxlanma vəziyyətləri və şəraitlərinə də nəzər yetirlir. Zərurət olduqda müəyyən yerdəyişmələr və digər texniki əməliyyatlar da həyata keçirilir. Muzeyin arxeoloji kolleksiyasına daxil olan əşyaların elmi inventarizasiyasına Arxeologiya elmi fond şöbəsinin bütün əməkdaşları cəlb edilib. İnventarizasiya təlimata uyğun və muzey işinin mövcud qaydaları əsasında həyata keçirilir. Son bir ay ərzində minə yaxın arxeoloji kolleksiya əşyası inventarizasiyadan keçmişdir. İnventarizasiyanın cari ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub.