XƏBƏRLƏR
31 Yanvar, 2020
M.Ə.Rəsulzadənin anadan olmasının 136-cı ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilib
2020-ci il 30 yanvarda “Məhəmməd Əmin Rəsulzadənin Ev Muzeyi” İctimai Qrupunun təşəbbüsü ilə “Məhəmməd Əmin Rəsulzadə irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində” mövzusunda Beynəlxalq konfrans işə başlayıb. Dövlət Himni səsləndirildikdən sonra konfransı giriş sözü ilə t.ü.e.d., professor Solmaz Rüstəmova-Tohidi açdı, M.Ə.Rəsulzadənin həyat və yaradıçılığını yad etdi. Beynəlxalq konfransda M.Ə.Rəsulzadənin irsi, həyat və yaradıcılığı ilə məşğul olan azərbaycanlı alimlərlə yanaşı Rusiyadan, Ukraynadan, Gürcüstandan, İrandan, Türkiyədən, Polşa və Almaniyadan gəlmiş tarixçilər də iştirak və çıxış edib.
2020-ci il 31 yanvarda konfrans AMEA Milli Azərbaycan Tarixi Muzeyində öz işinə davam etdi. Dövlət Himninin səsləndirilməsindən sonra giriş sözü ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış etdi. İştirakçıları salamladıqdan sonra qeyd etdi ki, bu gün Azərbaycan xalqının görkəmli vətənpərvər oğlu, ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin 136 ili tamam olur. M.Ə.Rəsulzadəni və silahdaşlarını Azərbaycanda, o cümlədən muzeyimizdə ehtiramla yad edirik. Onlar Azərbaycanda dövlətçilik ənənəsini dirçəldən böyük şəxsiyyətlərdir. M.Ə.Rəsulzadədən əvvəl Babək "Bir il azad yaşamaq, qırx il qul kimi yaşamaqdan yaxşıdır" deyərək, bizi vətənpərvərliyə təşviq etmişdir. Ümummilli lider Heydər Əliyev M.Ə.Rəsulzadəyə böyük dəyər vermiş, Ankaradakı məzarını ziyarət etmişdir. Prezident İlham Əliyev 2014-cü ildə M.Ə.Rəsulzadənin 130 illik yubileyinin və 2018-ci ildə AXC-nin 100 illiyinin keçirilməsi üçün sərəncamlar vermiş və icra olunmuşdur. M.Ə.Rəsulzadə daim Azərbaycanın var olacağına inanmış və "Bir kərə yüksələn bayraq bir daha enməz" demişdir. Sonra Nailə xanımın təklifi ilə M.Ə.Rəsulzadənin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra beynəlxalq konfrans müxtəlif ölkələrdən gələn çıxışçıların məruzələri ilə davam edib. Ukrayna Azərbaycanlıları birləşmiş diasporunun sədri, hüq.e.d. Hikmət Cavadov, Fransa İctimai Tədqiqatlar Ali Məktəbi, t.e.d., prof. Georqi Mamulia, Berlin Humboldt Universiteti Azərbaycan tarixi kafedrasının müdiri, prof. Eva-Mariya Aux, Polşa Elmlər Akademiyası Siyasi Tədqiqatlar İnstitutu, t.e.d., prof. Griqori Novik və digərləri çıxış ediblər. Bildirilib ki, M.Ə.Rəsulzadənin ev-muzeyinin açılması çox mühüm təşəbbüsdür və Cümhüriyyət dövrünün öyrənilməsi, tədqiqi və dünya ictimaiyyətinə çatdırılması baxımından çox əhəmiyyətlidir. Sonda iştirakçıların sualları məruzəçilər tərəfindən ətraflı cavablandırıldı.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...