XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
31 Yanvar, 2020
ELAN
03 fevral 2020-ci il tarixində saat 14:00-da Milli Azərbaycan Tarixi Muzeyinin Böyük konfrans zalında Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 30.12.2019-cu il tarixli sərəncamı çərçivəsində 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə bağlı “Könüllülük, el köməyi-əsrlərdən gələn yadigarımız!” adlı tədbir keçiriləcək. Tədbir keçmişimizdən bu günə qədər davam edən xalqımızın ən dəyərli adətlərindən olan el köməyi adətlərinin müasir zəmanəmizdə könüllülük prinsiplərinə əsasən davam etdirilməsinə həsr olunacaq. Prezidentimizin dəstəyi ilə davam etdirilən könüllülük prinsipləri haqqında Muzeyin könüllüllərinə daha ətraflı məlumat veriləcək, gələcəkdə görülməsi nəzərdə tutulan işlər və tədbirlər zamanı könüllülük modeli və prinsiplərinin tətbiq edilməsi məsələlərinə toxunulacaq. Tədbirdə “Etnoqrafiya elmi-fond şöbəsi”nin böyük elmi işçisi, t.ü.f.d., dosent Şiriyev Turalın “Könüllülük-tarixi dəyərimiz”, “ASAN Könüllüləri” təşkilatının rəhbəri Səbinə Cabbarova “Könüllülük fəaliyyəti: Azərbaycan modeli” və Muzeyin “Elmi-kütləvi iş və təhsil” şöbəsinin elmi işçisi Sahibə Ələkbərovanın “Milli Azərbaycan Tarixi Muzeyində könüllülərdən ibarət “Gənc muzeyşünaslar və müzeysevərlər klubu”nun fəaliyyətinə qısa ekskursiya” adlı məruzələri dinləniləcək. Tədbir çərçivəsində milli bədii filmlərimizin mövzu ilə bağlı olan hissələrindən hazırlanmış video çarx nümayiş olunacaq və muzeyin “Gənc muzeyşünaslar və müzeysevərlər klubu”nun yeni üzvlərinə vəsiqələr təqdim olunacaq.