XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 Fevral, 2020
Muzeyə sikkələr hədiyyə edilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fonduna jurnalist, kolleksiyaçı Ruslan Rəhimov tərəfindən 35 ədəd sikkə hədiyyə edilib. Sikkələrin təyinatı nəticəsində XVI əsrə aid mis felslərdən ibarət olduğu müəyyənləşdirilib. Zəyəm, Kaxetiya zərbxanalarının istehsalı olan, üzərində müxtəlif yazılar və heyvan təsvirləri olan sikkələr o dövrün yerli pul bazarının tədqiqində önəmlidir.