XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Fevral, 2020
Muzeyin növbəti toplusu nəşr olunub
“Milli Azərbaycan Tarixi Muzeyi – 2019” toplusu (Bakı, Elm və təhsil, 2019, 238 s.) çap olunub. Muzeyin Elmi Şurasının qərarı ilə nəşr olunan toplunun baş redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır. Topluda “Tarix”, “Arxeologiya”, “Etnoqrafiya”, “Muzey materialları Vətən tarixinin öyrənilməsində mənbə kimi” bölmələri yer alır. Burada Muzey əməkdaşlarının və başqa alimlərin Azərbaycan və rus dillərində elmi məqalələri dərc olunmuşdur. Muzey tərəfindən hər il ənənəvi olaraq çap olunan toplu öz oxucularına qiymətli mənbə, tarix elminə dəyərli töhfə olaraq mühüm əhəmiyyət kəsb edir.