2012-ci ilin noyabr ayının 6-10-da Azərbaycanın dilbər güşələrindən biri olan Qəbələdə “AZƏRBAYCANIN QƏDİM ŞƏHƏR MƏDƏNİYYƏTİ dünya urbanizasiya kontekstində” adlı Beynəlxalq elmi konfrans keçirildi.Konfrans SEBA(SEUL-BAKI) Azərbaycan-Koreya mədəniyyət mübadiləsi assosiasiyasının dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən təşkil olunmuşdur.Qazaxstan, Gürcüstan, Dağıstan, rusiya. Ukrayna, Türkiyə, İran, Almaniya alimləri azərbaycanlı alimlərlə bərabər arxeologiya sahəsində olan problemləri və əldə edilmiş nailiyyətləıri araşdiraraq qədim Azərbaycanda şəhər mədəniyyətinin yaranması. Qafqaz Albaniyasında şəhərsalma mədəniyyəti, qədim Azərbaycan ərazisində insan
məskənləri və digər mövzular müzakirə olunmuşdur.
Milli Azərbaycan Tarixi Muzeyini muzeyin direktoru akademik Nailə Vəlixanlı, numizmat professor Əli Rəcəbli (Qəbələdən aşkar olunmuşRoma pulları), gənc alimlər Səidə Həmzəbəyova ( Şərqşünas-alim V.F. Minorskinin əsərlərində Azərbaycanın qədim şəhərləri haqqında məlumat), Emin Məmmədov (Antik dövrdə Mingəçevirin (SAMUNİS) tarixi-mədəni inkişaf mərhələləri) təmsil edirdilər. Nailə Vəlixanlı konfransın açılışında giriş sözü ilə çıxış etmişdi.
Konfrans bittikdən sonra qonaqlar tarixi yerləri gəzmişlər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.