XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Fevral, 2020
“Elm” qəzetinin növbəti sayında Muzey eksponatlarının Moskvada nümayişi haqqında məqalə dərc olunub
AMEA Rəyasət Heyətinin orqanı olan “Elm” qəzetinin növbəti 30 yanvar 2020-cil tarixli № 02 saylı nömrəsində Muzey eksponatlarının Moskvada nümayişi və təbliğ olunması haqqında məqalə dərc olunub. “Без Баку не было бы Великой Победы” adlı rus dilində məqalədə Böyük Vətən müharibəsində qələbənin 75 illik yubileyi ilə əlaqədar Moskvada “Azərbaycan” pavilyonunun “Azərbaycan II dünya müharibəsi illərində” bölməsində yerləşdirilən eksponatlar haqqında ətraflı məlumat verilib. Burada AMEA Milli Azərbaycan Tarixi Muzeyi fondlarından olan 50-ə yaxın eksponat yer alıb. Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə yaradılan “Azərbaycan” pavilyonu Moskva sakinləri, eləcə də qonaqların xüsusi marağına səbəb olub və sərgiyə əlavə materialların cəlb olunması nəzərdə tutulur.