XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Fevral, 2020
Muzeyin “Arxeo” klubunun tədbiri keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Arxeo” klubunun üzvləri 2020-ci ildə “Vətənpərvər olaq!” mövzusunda hesabat xarakterli ilk tədbirini keçirib. 2 saylı Texniki-Humanitar Elmlər Liseyində məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə baş tutan tədbirdə “Arxeo” klubun rəhbəri Esmira Rəhimova çıxış edərək, klubun fəaliyyət istiqaməti, məram və məqsədləri, təşkil etdiyi tədbirlər haqqında məlumat verib. Daha sonra muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə tədbirin təşkilində fəallıq nümayiş etdirən müəllim və şagirdlərə minnətdarlığını bildirib. Tarixi yaddaşımızla bağlı milli-vətənpərvərlik ruhunda böyüyən gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb. Həmçinin muzeyin maddi mədəniyyət tarixinə həsr olunmuş son nəşrlərini məktəblilərə hədiyyə edib. Liseyin direktoru Bəkir Mustafayev, tarix müəllimi Sevil Nəsibova da tədbirdə çıxış edib, şagirdlərin layiqli vətənpərvər kimi formalaşmalarında “Arxeo” klubun xüsusi rolundan danışıblar. Sonda klub üzvlərinə sertifikatlar təqdim olunub.