XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Fevral, 2020
Muzey əməkdaşının məruzəsi beynəlxalq jurnalda nəşr olunub
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifovanın “Nəsimi yaradıcılığına riyazi məntiqi yanaşma” adlı məruzəsi “I Uluslararası Tasavvuf Araştırmaları Sempozyumu: NESİMİ-650. Bildiriler kitabı” adlı topluda (İstanbul, 2019, s.260-271) nəşr olunub. Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin yaradıcılığına Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə riyazi məntiqi yanaşma məruzədə təqdim edilib. Həmçinin dəqiq elmlərin humanitar elmlərə inteqrasiyası məsələsi fəza təfəkkürü nəzəriyyəsinə əsasən ortaya qoyulub. Qeyd edək ki, adı keçən simpozium 8-13 sentyabr 2019-cu il tarixində Türkiyənin Nevşehir şəhərində, Hacı Bektaş Veli Universitetində keçirilmişdir.