XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
18 Noyabr, 2012
VATİKANDA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ

Azərbaycan-Vatikan diplomatik əlaqələrin qurulmasının 20-illiyi ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda Azərbaycan günləri keçirildi.Keçirilən tədbirlərdə digər mədəniyyət ocaqlarının təmsilçiləri ilə bərabər Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı və  Elmi-Fond işləri üzrə direktor müavini Məfhuzə Zeynalova iştirak etdilər.İldönümü ilə əlaqədar Vatikanda “AZƏRBAYCAN  İNCİLƏRİ”adlı sərgi açılmışdır.Bu sərgidə Milli Azərbaycan Tarixi Muzeyinə məxsus 47 eksponat nümayiş olundu. Bunlarla bərabər sərgidə Qobustan Milli tarix-bədii Quruğundan, Qala Dövlət tarix-etnoqrafiya qoruğundan, Azərbaycan Dövlət İncəsənət Muzeyindən, Azərilmədən gətirilmiş eksponatlar da


vardı.

 

       “AZƏRBAYCAN  İNCİLƏRİ” adlı sərginin açılışı noyabrın 14-ə təsadüf etdi.

        Ekspozisiyada Azərbaycan Tarixi və mədəniyyətinin  bütün dövrlərini əks edən materiallar təqdim olunmuşdur. Altı hissədən ibarət olan sərgidə arxeoloji, etnoqrafik əşyalar, numizmatik materiallar, silah.nümunələri, zərgərlik məmulatları, mis qablar, xalçalar, musiqi alətləri, qədim əlyazmalar və s. təqdim olundu. Bu sərgi Azərbaycanın sivilizasiya və mədəniyyətlərin qovuşduğu yer olduğunu bir daha təsdiq etdi.

        Səfər zamanı MATM rəhbərliyi Vatikanın Etnologiya  muzeyinin  müdiriyyəti ilə əlaqə yaradaraq onların  ekspozisiyası və bərpa laboratoriyası ilə yaxından tanış olub, bərpa və konservasiya üzrə təcrübə mübadiləsinin keçirilməsi haqqında razılaşma əldə etdilər.

        Ezamiyyət dövründə MATM nümayəndələri həmçinin Romanın bir neçə muzeyinin ekspozisiyası, fond və bərpa laboratoriyaları ilə yaxından taniş olublar.