XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Fevral, 2020
Muzeyin arxeoloji kolleksiyasına aid iki kitabça işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi münasibətilə muzeyin arxeoloji kolleksiyasının bəzi nümunələrinə həsr olunmuş iki kitabça nəşr olunub.Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadənin müəllifi olduğu “Xəzər Atlantidası yadigarları” (Bakı: “Elm və təhsil” nəşr., 2020) adlı kitabça 1968-1987-ci illərdə muzeyin nəzdində fəaliyyət göstərmiş sualtı arxeoloji ekspedisiyasının tapıntılarına həsr olunub. Kitabçada Xəzər dənizi akvatoriyasında aparılmış tədqiqatların tarixçəsinə qısa nəzər salınıb, tapılmış saxsı, metal, daş, şüşə və digər tərkibli seçmə maddi mədəniyyət nümunələri haqda ümumi məlumat verilib. “Sehrli çıraq” (Bakı: “Elm və təhsil” nəşr., 2020) adlı digər kitabça isə Arxeologiya fondunun müdiri, t.ü.f.d. Aida İsmayılovanın müəllifliyi ilə ərsəyə gəlib və muzeyin çıraq kolleksiyasına həsr olunub. Burada kolleksiyaya daxil olan metal və saxsı, şirli və şirsiz çıraqların seçmə nümunələri haqqında ümumiləşdirilmiş məlumat verilib. Hər iki kitabçanın elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.