XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 Fevral, 2020
Muzey əməkdaşının məqaləsi xaricdə nəşr olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun müdiri, t.ü.f.d. S.Nəsirovanın Qazaxıstanın Əhməd Yəsəvi Universitetinin “Türkologia” jurnalında (№ 6 (98), 2019. 106-113) “Türk halklarının cicim dokumalarına dair” adlı türk dilində məqaləsi nəşr olunub. Məqalənin bir bölməsi Etnoqrafiya fondunda mühafizə olunan cecimlər və onların naxışlarına həsr olunub. Məqalədə vaxtilə Azərbaycanda və digər türk xalqlarının məişət həyatında geniş yayılmış cecimlərin hazırda istehsalatdan çıxması və yalnız muzeylərdə sərgilənməsi məsələsinə diqqət cəlb edilib. Eyni zamanda “Üstü çalma” adı ilə məşhur olan cecim növü haqqında ətraflı məlumat verilib.