XƏBƏRLƏR
20 Fevral, 2020
Muzeydə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Səslə bizi Xocalı! Cavanı, həm qocanı” adlı tədbir keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Səslə bizi Xocalı! Cavanı, həm qocanı” adlı tədbir təşkil olunub. Tədbirdə açılış nitqi ilə çıxış edən Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi bu tədbirin müəssisələr arası əlaqə çərçivəsində həyata keçirildiyini qeyd edib. Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlı öz çıxışında bildirdi ki, tədbirin əsas məqsədi Xocalı faciəsini məktəblilərin dilindən eşitmək, onların gözü ilə görmək, qocalı, cavanlı bizi səsləyən Xocalıya ruhən getmək, bitməyən yaralarımıza şagirdlərin əlləri ilə məlhəm çəkməkdir. Daha sonra Zəngilan rayonu 29 saylı tam orta məktəbin şagirdi Şahsənəm Quliyeva “Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinin əsasının qoyulması” (tarix müəllimi Günay İbrahimova); Nərimanov rayonu 82 saylı tam orta məktəbin şagirdi Leyla Əbdürrəhimbəyova “Milli azadlıq hərəkatı, Xocalı soyqırımı” (tarix müəllimi Tamilla Musayeva); Xırdalan şəhər 5 saylı tam orta məktəbin şagirdi Səbinə Rəhimzadə “Uğrunda ölən varsa, vətən var” (tarix müəllimi Rumiyə Həsənova); Xəzər Universiteti Dünya Məktəbinin şagirdi Rüfət Bağırov “Ходжалинский геноцид - трагедия ХХ века” (tarix müəllimi Səadət Məmmədova); S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdi Fidan Piriyeva “The Khojaly diaries of Ricards Lapaitis” (tarix müəllimi Həsən Osmanov) adlı məruzələr ilə çıxış etdilər. Xocalı qətliamı haqqında 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) məlumat verən şagirdlərın çıxışı slaydlarla müşayiət edilib.
Sonda tədbirin bədii hissəsi nümayiş olunub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şuşa Dövlət Musiqili Dram Teatrı “Xocalı bizi səsləyir” adlı ədəbi-bədii kompozisiya ilə çıxış edib.
Tədbirdə Muzey əməkdaşları, KİV və ictimaiyyət nümayəndələri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şuşa Dövlət Dram Teatrının aktyor truppası, Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq Gənclər və İnkişaf Mərkəzinin əməkdaşları, Xəzər Universiteti Dünya Məktəbinin, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının, Nərimanov rayonu 82 saylı tam orta məktəbin, Zəngilan rayonu 29 saylı tam orta məktəbin və Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin, 189-190 saylı tam orta məktəbin müəllim və şagird kollektivi
iştirak edib.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...