XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Fevral, 2020
Muzeydə Seyid Yəhya Bakuviyə məxsus silsilənamə qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunda XV əsrin sufi mütəfəkkiri Seyid Yəhya Bakuviyə məxsus xəlvətilik təriqəti silsilənaməsini əks etdirən rəsm əsəri qorunur (İnv. №517). Silsilənamə IV xəlifə Əli vasitəsilə Məhəmməd peyğəmbərə bağlanır. Qeyd edək ki, Azərbaycan təsəvvüf tarixinin görkəmli nümayəndələrindən biri olan Seyid Yəhya Bakuvi “Şəfa əl-əsrar” və s. əsərlərin müəllifidir. “Şəfa əl-əsrar” əsəri 2010-cu ildə muzeyin əməkdaşı, t.ü.f.d. Əli Fərhadovun da iştirakı ilə müasir Azərbaycan dilinə tərcümə olunub, çap edilmişdir (Bakı: Elm, 2010, 408 s.).