AMEA Milli Azərbaycan Tarixi Muzeyi 2013-cü il aprelin ikinci yarısında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və problemləri” III respublika elmi konfransını keçirir. Konfrans çərçivəsində aşağıdakı mövzuların müzakirəsi nəzərdə tutulub:
- muzeylərdə elmi, fond, ekspozisiya işi və Azərbaycan tarixinin öyrənilməsi
- muzey pedaqogikası və tarixi tədqiqatlar
- Azərbaycan tarixinin təbliğində muzeylərin rolu
- Azərbaycan tarixinin təbliğində muzeylərin təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri
Simpoziumda iştirak etmək üçün məruzələrin tezisləri və anket 2013-cü il martın 15-dək nargiz.aliyeva@box.az elektron ünvanına göndərilməlidir.
Tezislərin tərtibatına dair tələblər:
- Tezislərin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi (əgər varsa), əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir.
- Mətnin həcmi – 1 səhifəyədək.
- Şrift – Times New Roman, 14, sətirlərarası interval – 1,5.
Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır. Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur. Məruzələrin tərtibinə dair tələblər:
kağızın formatı – A4, Word redaktorunda;
həcmi – 4 səhifəyədək;
şrift – Times New Roman 14;
sətirlərarası interval – 1,5;
istinadlar – avtomatik, səhifənin sonunda (şrift – Times New Roman 10, interval 1).
Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, onlarda düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.
Təşkilat komitəsinin koordinatları:
Azərbaycan Respublikası, Bakı, 1005, H.Z.Tağıyev küçəsi, 4, Milli Azərbaycan Tarixi Muzeyi.
Telefon: (99412) 5981740
Elektron poçt: nargiz.aliyeva@box.az
Veb-sayt: www.azhistorymuseum.az
Anket (doldurulması mütləqdir)
İştirakçının adı və soyadı |
|
Şəhər, rayon |
|
İş yeri, vəzifəsi, iş yerinin ünvanı və telefonu |
|
Əlaqə telefonu |
|
E-mail ünvanı |
|
Elmi adı, dərəcəsi |
|
Məruzənin tam adı |
|
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.