XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Fevral, 2020
Muzeydə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Cəzasız cinayət” adlı tədbir keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Cəzasız cinayət” adlı tədbir təşkil olunub. Tədbirdə Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi, Qarabağ əlili, Xocalı hadisələrinin iştirakçısı Hüseynağa Quliyev, BDU-nun müəllimi, İtaliyanın Beynəlxalq İqtisadi və Siyası Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşid, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin İnnovasiya üzrə direktor müavini Sevinc Ədilhəsənova çıxış ediblər. Tədbirin bədii hissəsində AR Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş olunub. Tədbirdə Bakı Dövlət Universitetinin, “Azərbaycan Televiziya və Radio verişləri” QSC-nin dəstəyi ilə lentə alınan “Cəzasız cinayət” adlı film də nümayiş edilib. Filmin senari müəllifi, rejissoru və prodüsseri BDU-nun müəllimi, İtaliyanın Beynəlxalq İqtisadi və Siyası Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşiddir. Filmdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xocalı Cinayət işi üzrə İstintaq Qrupunun materiallarından, Almaniya Xarici İşlər Nazirliyinin Siyası Arxivinin, Türkiyənin Başbakanlık (Baş Nazirlik) Osmanlı Arxivi, Hərbi Tarix və Strateji Araşdırmalar İdarəsi Arxivinin sənədlərindən, xarici ölkələrin mətbuatından istifadə olunub. Tədbirin sonunda Leyla Rəşid tərəfindən “Cəzasız cinayət” adlı filmin bir nüsxəsi və Meyxoş Abdullahın müəllifi olduğu “Пленница (Əsir qadın)” romanı (Bakı, 2020, 212 s., rus dilində, red: L.Qədirzadə, tərc: T.Məmməd) Muzeyə hədiyyə edilib. Tədbirdə Muzey əməkdaşları, KİV və ictimaiyyət nümayəndələri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Dənizçilik Akademiyasının tələbələri iştirak ediblər.