XƏBƏRLƏR
24 Fevral, 2020
"Muzeylərimizi tanıyaq və tanıtdıraq“ layihəsi üzrə iş davam edir
Milli Azərbaycan Tarixi Muzeyinin elmi-kütləvi iş və təhsil şöbəsinin elmi işçisi Sahibə Ələkbərova rəhbərlik etdiyi “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun yeni üzvləri üçün “Erməni vandalizminin iç üzü” adlı daimi fotosərgiyə eskskursiya təşkil edib. Ekskursiya “Muzeylərimizi tanıyaq və tanıtdıraq “ layihəsi çərçivəsində keçirilib. Bakı şəhəri, Nəsimi rayonunda təşkil olunan fotosərgi 2013-cü ildə “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, Qarabağ qazisi Əlövsət Qasımov tərəfindən yaradılıb. Ə.Qasımov erməni əsirliyində hesab edilən, itkin düşdüyü güman olunan şəhidlərimizi döyüş meydanlarından çıxararaq, şəxsiyyətlərini müəyyən etmişdir. Onlardan 950 şəhidin nəşi məhz Ə.Qasımovun təşkilatçılığı ilə ailələrinə göndərilmişdir. O, erməni terroristləri tərəfindən tanınmaz hala salınmış, başı kəsilərək min bir işgəncəyə məruz qalmış şəhidlərimizin hər birinin fotoşəklini çəkərək, erməni vandalizmini ifşa edən çox qiymətli fotosalnamə yaratmışdır. Ə.Qasımovun fotosərgidə nümayiş olunan şəhid fotoları haqqında verdiyi məlumatlar gənc muzeyşünaslarda düşmənə nifrət, vətənə xidmət, xalqımıza məhəbbət hislərini daha da gücləndirib. Xocalı faciəsinin canlı şahidi olan Ə.Qasımov tələbələrin suallarını ətraflı cavablandırıb. Bu layihənin digər muzeylərin tanıdılmasında xüsusi əhəmiyyəti olacağını qeyd edib. Sonda S.Ələkbərova tədbirin təşkilinə görə klub adından Ə.Qasımova təşkkür edərək, fotosərginin gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsində xüsusi rolu olduğunu vurğulayıb. Fotosərginin daha geniş ictimaiyyət arasında təbliği istiqamətində işlərini davam etdirəcəklərini bildirib. Qeyd edək ki, müxtəlif profilli muzeylərə belə ekskursiyaların təşkili davamlı olaraq klub tərəfindən həyata keçrilir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...